PMS Sertifikatı imtahanı ilə bağlı 10 ballıq suallarda gəlir vergisi üzrə 200 manatlıq güzəştin tətbiq edilməsi zamanı vacib məqam

PMS Sertifikatı imtahanı ilə bağlı 10 ballıq suallarda gəlir vergisi üzrə 200 manatlıq güzəştin tətbiq edilməsi zamanı vacib məqam

Satışı davam edən "PMS Sertifikatı - II mərhələ" (III nəşr) kitabından seçmə

Dördüncü hal. Vergi Məcəlləsinin 102.1.6-ci maddəsi üzrə nəzərdə tutulan 200 manatlıq güzəşt məbləği 2500 manatdan yuxari əmək haqqına şamil olunmur. 
Vergi Məcəlləsinin 102.1.6-ci maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat məbləğində güzəşt tətbiq edilir.  Mümkündür ki, işçinin aylıq gəlirindən hər hansı güzəşt məbləği çıxıldıqdan sonra alınan  rəqəm 2 500 manatdan aşağı olsun. Bəzi həmkarlarımız hesab edirlər ki, güzəşt tətbiq edilən məbləğ 2500 manatdan aşağı olduğu üçün 200 manatlıq güzəşt tətbiq edilməlidir.
Misal. Neft-qaz sektorunda çalışan işçinin əmək haqqı 2600 manatdır. Müharibə veteranı olan  işçinin Vergi Məcəlləsinin 102.2-ci maddəsinə görə 400 manat güzəşti mövcuddur. 400 manatlıq güzəşt tətbiq etdikdən sonra işçinin gəliri 2200 manat qaldığı üçün bəzi vergi ödəyiciləri həmin işçiyə Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə 200 manat güzəşti tətbiq edirlər. Bu cür yanaşma doğru deyil, çünki 200 manatlıq güzəştlər aylıq gəlir 2500 manatadək olduqda tətbiq edilir. İşçinin aylıq gəliri 2500 manatdan çox olduğu üçün ona Vergi Məcəlləsinin 102.1.6-cı maddəsindəki güzəşt tətbiq edilə bilməz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər