PMS Sertifikatı imtahanında 10 ballıq suallar zamanı ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məqamlar

PMS Sertifikatı imtahanında 10 ballıq suallar zamanı ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məqamlar

Satışı davam edən "PMS Sertifikatı - II mərhələ" (III nəşr) kitabından seçmə

Əvəzləşdirmə zamanı diqqətçəkən hallardan biri də xüsusi çəkinin müəyyənləşdirilməsi halıdır. Növbəti səhifələrdə bu haqda geniş məlumat verilsə də, qısa olaraq bəzi mühüm məqamları qeyd edək. Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.
Göründüyü kimi, xüsusi çəkinin müəyyənləşdirilməsi o halda mümkündür ki, ƏDV ödəyicisi ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar da aparsın. Misal üçün, ƏDV ödəyicisi yanvar ayında 150 000 manat (ƏDV-siz) malı ƏDV əməliyyatı çərçivəsində təqdim edib. Həmçinin 50 000 manatlıq ƏDV-dən azad olunan əməliyyat həyata keçirib. Həmin ay ərzində vergi ödəyicisinin əvəzləşdirəcəyi ƏDV-nin məbləği 8 000 manat olub. ƏDV ödəyicisi ƏDV-dən azad olunan əməliyyatların uçotunu ayrıca aparmadığı halda, xüsusi çəkini tapdıqdan sonra əvəzləşdirmə həyata keçirilməlidir. Misalımızda ƏDV-yə cəlb edilən əməliyyat 75 faiz (150 000 manat (ƏDV-yə cəlb edilən əməliyyat) / 200 000 manat (cəmi dövriyyə)) olduğundan əvəzləşdirilən məbləğ 6 000 manat (8 000 manat x 75 faiz) təşkil edəcək. Bir məqamı qeyd edək ki, xüsusi çəki müəyyənləşdirilən təqdimetmə əsas götürülür. Bəzi həmkarlarımız Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə uyğun olaraq daxilolmaları nəzərə alırlar, fikrimizcə bu cür yanaşma düzgün deyil.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər