YENI DƏYİŞİKLİK! Məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmaması hansı tarixə təsadüf etməlidir? (VACİB MƏQAMLAR)

YENI DƏYİŞİKLİK! Məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmaması hansı tarixə təsadüf etməlidir? (VACİB MƏQAMLAR)

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Vergi Məcəlləsinin 102.1.30-cü maddəsininin tələblərinə əsasən, 75 faizlik güzəştin tətbiq olunması üçün ikinci şərt vergi ödəyicisinin məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmamasıdır. 
Maraqlıdır, nəyə görə vergi orqanı orta aylıq muzdlu işçi sayı 3 nəfər şərti ilə yanaşı, məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmamasını da əsas tələb kimi müəyyənləşdirib? Çünki özəl sahibkarlıq subyektləri 1 yanvar 2019-cu ildən 7 il müddətinə 8 000 manata kimi gəlir vergisi ödəməkdən azaddır. Əmək haqqı fondundan hesablanan icbari tibbi sığorta və işsizlikdən sığorta məbləğləri isə məcburi dövlət sosial sığorta ayırmalarına nisbətən kiçik xüsusiyə çəkiyə malikdir. Misal üçün, işçiyə minimum əmək haqqı məbləğində (345 manat) maaş müəyyən etdikdə, icbari ödənişlər aşağıdakı kimi olacaq:
məcburi dövlət sosial ayırması – 86,25 manat;
icbari tibbi sığorta məbləği – 13.80 manat;
işsizlikdən sığorta – 3,45 manat.
Fərz edək ki, vergi ödəyicisi hər 3 işçi üzrə 345 manat məbləğində əmək haqqı müəyyənləşdirib. Bu halda fərdi sahibkarın həmin işçilərə görə ödədiyi sosial sığorta ayırması 3 105 manat (345 manat x 25 faiz x 12 ay) təşkil edəcək. Həmin məbləğin üzərinə işçinin özünün də ödəyəcəyi məcburi dövlət sosial ayırmasını əlavə etsək, mikrosahikar üçün kifayət qədər yüksək məbləğ formalaşır. Təbii ki, sosial sığorta ayırması üzrə məbləğin yüksək olması vergi ödəyicisinin borclu qalması riskini artırır. Bu səbəbdən də vergi orqanı tələb edir ki, həm fərdi sahibkar həm özü, həm də işçisi üzrə yaranan məcburi dövlət sosial sığorta haqları borclarını tam məbləğdə ödəsin. 
İkinci məqam həmin borcların məbləği məsələsidir. Qanunvericilikdə yaranan borc məbləğinin hər hansı yuxarı limiti müəyyən edilməyib, o görə də vergi ödəyicisinin məbləğindən asılı olmayaraq borcunun mövcudluğu 75 faizlik güzəştdən istifadəni istisna edir.
Üçüncü məqam həmin borcların hansı tarixə qədər ödənilməsi məsələsidir. Misal üçün, vergi ödəyicisinin 31 dekabr 2024-cü il üzrə borcu olarsa, o zaman ona 75 faizlik güzəşt tətbiq olunmayacaq? Nəzərə alaq ki, “Sosial sığorta haqqında” qanuna əsasən, cari ay üçün məcburi dövlət sosial ayırmalarının son ödənilmə tarixi növbəti ayın 15-nə kimidir. Bu səbəbdən də vergi ödəyicisinin ilin sonuna hesablanmış, amma ödənilməmiş borcunun qalması əksər hallarda mümkündür. Fikrimizcə, vergi orqanı fərdi sahibkarın gəlir vergisi bəyannaməsi təqdim etdiyi tarixə uyğun olaraq məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmamasını tələb edəcək. Əgər 3 orta aylıq muzdlu işçisi və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan vergi ödəyicisi gəlir vergisi üzrə 75 faizlik güzəşt tətbiq etməklə bəyannamə təqdim edərsə, vergi orqanı ona kameral uyğunsuzluq haqqında bildiriş göndərəcək. Vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam ödənildikdən sorna 75 faizlik güzəştin tətbiqinə icazə verilə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Fevraldan satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - Mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər