YENİ QƏRAR! Baş Nazir idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsulların siyahısını təsdiq etdi

YENİ QƏRAR! Baş Nazir idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsulların siyahısını təsdiq etdi

Vergi Məcəlləsinin 102.1.3.7-ci və 106.1.31-ci maddəsinə uyğun olaraq, siyahısı Nazirlər Kabineti  təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən müvafiq olaraq fərdi sahibkarlar və hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi  siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə azad edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 15 yanvar tarixli 22 nömrəli Qərarı ilə idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı təsdiq edilib:

qərar

qərar2

Qərarda siyahı ilə bağlı iki qeyd qeyd edilib. Birinci qeyd ondan ibarətdir ki,  Bu siyahı qida (ərzaq) məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal (emal) əməliyyatlarını həyata keçirməklə qida (ərzaq) məhsularının istehsalını (emalını) həyata keçirən vergi ödəyicilərinə şamil olunur.

İkinci qeydə gəlincə isə, xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırması və ya etiketlənməsi vergitutma məqsədləri üçün qida (ərzaq) məhsularının istehsalı (emalı) hesab edilmir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.37-ci, 106.1.31-ci, 199.17-ci və 207.10-cu maddələrində nəzərdə tutulmuş vergi güzəştləri bu fəaliyyətləri həyata keçirən vergi ödəyicilərinə şamil edilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - artıq satışda

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr)

3. A-dan Z-yə: Kargüzarlıq

4. Əmək Qanuvericiliyi Toplusu 2023

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - 22 yanvar 2024-cü il tarixdən satışda

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

8. Əmək Bələdçisi - 2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

9. Əmək Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

10.  Vergi Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  1 fevral 2024-cü il tarixdən satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - 1 mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - 1 aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər