İşçinin müştəri ilə bağlı məlumatları öz emailinə göndərməsi 70-ci maddənin “ç” bəndi ilə xitama əsas verir? (Məhkəmə nümunəsi)

İşçinin müştəri ilə bağlı məlumatları öz emailinə göndərməsi 70-ci maddənin “ç” bəndi ilə xitama əsas verir? (Məhkəmə nümunəsi)

Satışına fevral ayında START veriləcək "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə fərdi əmək mübahisələrinin yaranması ən çox rast gəlinən hallardan birdir. Bir kredit təşkilatında baş verən halla bağlı məhkəmə çəkişməsinin detallarını maraqlı nümunə olması səbəbindən təqdim edirik. 
Nümunə: İşəgötürənin xx.xx.2015-ci il tarixli (15-0249 nömrəli) əmri ilə işçi “şagird kredit mütəxəssisi” vəzifəsinə qəbul edilib, xx.xx.2015-ci il tarixdə “kiçik kredit mütəxəssisi” vəzifəsinə, xx.xx.2019-cu il tarixdə “mikro və pərakəndə müştərilər üzrə mütəxəssis”, xx.xx.2019-cu il tarixdə “mikro və aqro müştərilər üzrə mütəxəssis” və xx.xx.2020-ci il tarixdə “mikro və pərakəndə müştərilər üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilib. Və nəhayət, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verib. Əmrdə işçinin işdən azad edilməsinin əsası kimi xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair akt” göstərilib.
İşdən bu şəkildə azad olunması ilə razılaşmayan işçi işəgötürənə təqdim etdiyi xx.xx.2021-ci il tarixli yazılı izahatında kredit verdiyi müştərilər barəsində iş kompüterində excell faylında olan qeydləri əvvəllər də olduğu kimi, korporativ və şəxsi emaillərinə göndərdiyini boynuna alıb, ancaq məqsədinin işdə olmadığı dövrlərdə, yolda və ya evdə olarkən müştərilərlə birbaşa əlaqə saxlamaq və gecikmələrlə məşğul olmaq olduğunu göstərib. İşçi işdən çıxmaq üçün işəgötürənə ərizə versə də, işəgötürən əmək müqaviləsinə onun xahişi ilə deyil, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç’ bəndinə əsasən xitam verib. 
İşçi hesab edir ki, əmək fəaliyyəti ilə əlaqədar kredit verdiyi müştərilər barəsindəki məlumatlar (müştərinin adı, telefon nömrəsi, kredit məbləği, gecikmə günləri və s.) onun özünə məlum olan və qanuni əsaslarla sahib olduğu informasiyadır. Odur ki, həmin məlumatları özünün şəxsi emailinə göndərməsi onların yayılması kimi qiymətləndirilə bilməz. Məhz bu səbəbdən işçi məhkəmədən əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini etibarsız saymağı xahiş edir.
Məhkəmənin əsaslandırmasına görə, işçi kredit təşkilatına işə qəbul olunan zaman təşkilatın “İşçi heyətinə dair davranış kodeksi” ilı tanış olub və imza atmaqla həmin qaydalara riayət edəcəyi ilə bağlı öhdəlik götürüb. Bundan əlavə, işəgötürən və işçi arasında xx.xx.2020-ci il tarixdə “Kommersiya sirri rejiminin tətbiqi barədə” müqavilə də imzalanıb. “Kodeks”in “Müştərilərlə münasibət” fəslində qeyd olunub ki, əməkdaş hətta evdən və ofisdən kənarda işləmək səbəbi ilə belə, məlumatı şəxsi elektron poçtuna göndərə bilməz. Əgər əməkdaş hansısa məlumatı göndərməli olsa, mütləq məktubu öz rəhbərinə də “Cc” etməlidir. Lakin işçi bu qaydanı pozaraq banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi Excel fayl formasında bank rəhbərliyinin icazəsini almadan öz elektron poçtuna göndərib və rəhbərinə “Cc” etməyib. İşçi “İşçi heyətinə dair davranış kodeksi”ni kobud şəkildə pozmaqla, Bankı həm hüquqi, həm də iqtisadi cəhətdən risklərə məruz qoyduğuna görə onun əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qanunidir.
Məhkəmə materiallarından göründüyü kimi, işəgötürən işçinin əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsini düzgün əsaslandırıb. Eyni zamanda, işçiyə işə qəbul zamanı iki mühüm sənədi (“İşçi heyətinə dair davranış kodeksi” və “Kommersiya sirri rejiminin tətbiqi barədə”) imzalatdırmaqla işini ehtiyatlı tutduğundan fərdi əmək mübahisəsində uduzmayıb.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Xəbərlər