Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ necə tənzimlənir?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual:  MMC ofis ləvazimatlarının pərakəndə satışını həyata keçirir və sadələşdirilmiş verginin ödəyicisidir. Şirkət 2023-cü ilin 1-ci rübündə nəzarət-kassa aparatı vasitəsilə 11.000 manat, 5.000 manat məbləğində isə elektron qaimə-faktura ilə fərdi sahibkara satış həyata keçirib. Bu halda şirkət sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu saxlayırmı?

Cavab: Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir.

Qeyd olunanlara əsasən, pərakəndə satış fəaliyyəti göstərən müəssisənin rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi ümumi əməliyyatların həcminin 30 faizindən çox olduğundan, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu itirir və 2023-cü ilin ikinci rübündən etibarən mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 218.6.2-ci və 218.7-ci maddələri.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər