Alış aktı və nəzarət-kassa aparatının çeki əsasında olan xərclərin gəlirdən çıxılması məhdudlaşdırılır? (8-ci yazı)

Alış aktı və nəzarət-kassa aparatının çeki əsasında olan xərclərin gəlirdən çıxılması məhdudlaşdırılır? (8-ci yazı)

Mks.az saytının təqdimatında: 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində gözlənilən dəyişikliklərin izahı

Mks.az saytı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı silsilə yazıları təqdim etmək ənənəsinə yenə də sadiq qalır.

Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Dəyişiklik layihəsində Vergi Məcəlləsinin 109.8-ci maddəsinin aşağıdakı redaksiyada olması təklif edilir:

““Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, habelə daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır.”

Təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicilərinin alış aktı ilə rəsmiləşdirdikləri bəzi malların gəlirdən çıxılmasına məhdudiyyət qoyulması nəzərdə tutulur.

Misal. Vergi ödəyicisi alış aktı ilə 20 000 manat məbləğində avtomobil ehtiyat hissələri alıb.  Vergi ödəyicisinin 2024-cü il üzrə gəlir və xərci müvafiq olaraq 100 000 manat və 75 000 manat olub. Təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicisi alış aktı ilə aldığı malların yalnız 2 000 manatını (100 000 x 2 faiz) gəlirdən çıxılan xərclərə aid edə biləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər