PMS Sertifikatı olmayan maliyyə müdiri baş mühasibin əvəzinə hesabatları təqdim edə bilər?
Son dövrlərin aktual sualına mks.az saytının ekspertləri aydınlıq gətirir
Son zamanlar həmkarlarımızdan mks.az saytına ən çox daxil olan suallardan biri də 1 yanvar 2024-cü il tarixdən peşəkar mühasib sertifiki ala bilməyən mühasiblərlərin taleyi ilə bağlıdır. Bəzi fikirlər də mövcuddur ki, PMS sertifikatı tələb edilən sahibkarlıq subyektləri baş mühasib olmadan vergi hesabatları təqdim edə biləcəklər. Bəzi həmkarlarımızın fikrincə, vergi ödəyicisi baş mühasib ştatı ləğv edərək maliyyə müdiri vəzifəsinin əmək funksiyasına vergi hesabatların təqdim edilməsini daxil etməklə inzibati məsuliyyətdən yayına biləcəklər.
Suala aydınlıq gətirmək üçün “Mühasibat uçotu haqqında” AR Qanunun 3-cü maddəsinə diqqət yetirək. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Baş mühasibin əmək funksiyasına gəlincə isə, “Mühasibat uçotu haqqında” AR Qanunun 3.3-cü maddəsinə əsasən, mühasibat uçotu subyektində baş mühasib mühasibat uçotunun aparılmasını, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsini, uçotun formalaşdırılmasını və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir.
Madddədən göründüyü kimi, Qanunla maliyyə, vergi və digər hesabatların tərtib edilməsin baş mühasibin əmək funksiyasına aid edilir.
Misal. Orta sahbikarlıq subyekti olan vergi ödəyicisi 1 yanvar 2024-cü il tarixdən baş mühasib ştatını ləğv edərək maliyyə müdiri vəzifəsini yaradır. Maliyyə müdiri vəzifəsində çalışan və PMS Sertifakına malik olmayan işçinin əmək funksiyasına maliyyə, vergi və digər hesabatların tərtib edilməsi daxil edilib.
İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsinə uyğun olaraq, bu cür halda vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsinə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Maddədən göründüyü kimi, vergi ödəyicisi İnzibati Xətalar Məcəlləsində peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə inzibati məsuliyyət daşıyır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023
3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023
4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
5. Əmək Qanunvericiliyi Toplusu 2023
6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023
9. Mühasibat uçotu 2022
10. ƏMAS platforması A-dan - Z-yə 2022
2 Komment
Rena 19 Oktyabr 2023
PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub Salam bu kitabı necə sifariş edə bilərəm? Və qiyməti nə qədərdir?
Rəna 19 Oktyabr 2023
PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub
Şərh yazın