Zəngilan rayon qeydiyyatında olan vergi ödəyicisinə yeni güzəştlər tətbiq edilməlidir?
Dövlət Vergi Xidməti suala aydınlıq gətirir
Sual: Zəngilan rayonunda doğulmuşam. Fərdi sahibkar olaraq Zəngilan rayon Vergilər Şöbəsində qeydiyyatdayam amma Bakı şəhərində pərakəndə satış fəaliyyəti ilə məşğulam. Bilmək istəyirəm, işğaldan azad olunmuş ərazilərlə bağlı 2023-cü ilin 1 yanvar tarixindən Vergi Məcəlləsinə əlavə edilmiş vergi güzəştlərindən istifadə edə bilərəmmi?
Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, Vergi Məcəlləsinin XIX fəslinin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür və bu fəsildə nəzərdə tutulmuş vergi azadolmaları həmin şəxslərə tətbiq edilir.
Buna əsasən, işğaldan azad edilmiş ərazidə vergi uçotunda olmasına baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır və həmin şəxslərə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil edilmir.
Əsas: Vergi Məcəlləsinin 226.1-ci və 226.2-ci maddələr
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023
3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023
4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
5. Əmək Qanunvericiliyi Toplusu 2023
6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023
9. Mühasibat uçotu 2022
10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment
Şərh yazın