Vergi ödəyicisi əsas məbləği qismən ödədiyi halda əvəzləşdirməyə icazə verilir? (5 Misalla izah)

Vergi ödəyicisi əsas məbləği qismən ödədiyi halda əvəzləşdirməyə icazə verilir? (5 Misalla izah)

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə


Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə qeyd edilir ki, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - bu Məcəllənin 176-cı maddəsinə uyğun olaraq alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDV-nin vaxtı hesab edilir. 
Vergi Məcələsinin 175.1.3-cü maddəsidə qeyd edilir ki, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. 
Misal 1. ƏDV ödəyicisi olan “A” MMC qarşı tərəfdən yanvar ayında 1000 manatlıq mal alıb. “A” MMC yanvar ayında bank hesabına həmin malın dəyərinin 600 manatını və müvafiq olaraq 108 manat (600 manat x 18 faiz) ƏDV-ni ödəyib. Fevral ayında isə bank hesabına 400 manat və ona mütənasib 72 manat (400 x 18 faiz) ƏDV-ni isə depozit hesabına ödəyib.  Bu halda “A” MMC yanvar və fevral aylarında müvafiq olaraq 108 manatlıq və 72 manatlıq ƏDV-ni əvəzləşdirə biləcək.
Misal 2. Vergi ödəyicisi qarşı tərəfdən mart ayında 4000 manatlıq mal almasına baxmayaraq, 8 apreldə bank hesabına 3000 manatlıq əsas məbləği ödəsə də, aprel ayı ərzində cəmi 200 manat ƏDV məbləğini depozit hesabına ödəyib. Bu zaman vergi ödəyicisi  3000 manata görə hesablanan ƏDV-ni, yəni 540 manatı (3000 manat x 18 faiz) əvəzləşdirə bilməyəcək. 
Bir məsələni də qeyd edək ki, vergi ödəyicisi misalımıza uyğun ödənişləri həyata keçirərsə, ona maliyyə sanksiyası tətbiq olunacaq. Çünki Vergi Məcəlləsin 58.6-cı maddəsinə əsasən, Vergi Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi ödəyicisi 3000 manat ödəniş etdiyi zaman 540 manat yox, 200 manat ödədiyinə görə vaxtında ödənilməyən 340 manatın (540 manat – 200 manat) 50 faizi həcmində - 170 manat miqdarında maliyyə sanksiyasına məruz qalacaq.
Misal 3. Vergi ödəyici təqdim olunan mallara görə qarşı tərəfin bank hesabına 4000 manat nağdsız ödənişlə yanaşı, 1000 manatlıq ƏDV-ni depozit hesabına ödəyib. Bu zaman vergi ödəyicisinin əvəzləşdirəcəyi məbləğ, 1000 manat yox, 720 manat (4000 manat x 18 faiz) olacaq.
Misal 4. Vergi ödəyicisi aprel ayında göstərilən xidmətlərə görə digər vergi ödəyicisinə nağd şəkildə 3000 manat ödəniş edib, müvafiq olaraq 540 manatı da ƏDV depozit hesabına köçürüb. Xidmətin dəyəri nağd formada ödənildiyi üçün vergi ödəyicisi əvəzləşdirmə hüququnu itirir.
Misal 5. Vergi ödəyicisi may ayında malların alınması üçün digər vergi ödəyicisinə nağdsız formada  3000 manat ödəniş edib, müvafiq olaraq 540 manatı da qarşı tərəfin depozit yox, bank hesabına köçürüb. Maddənin tələblərinə əsasən, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi əvəzləşdirmə həyata keçirə bilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın