Anar Bayramovun təqdimatında: Vergi borcuna faiz hesablanması
Vergi orqanı tərəfindən vergi ödəyicisinə vergilərin azadılması və bəyan edilməməsi zamanı maliyyə sanksiyası ilə yanaşı, digər məsuliyyət tədbirləri də tətbiq edilir. Həmin məsuliyyət tədbirlərindən biri faiz hesablanmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Vergi Məcəlləsinin 59.1-ci maddəsində faizlərin hesablanması üçün diqqət yetiriləsi 5 əsas məqam yer alıb:
- Faiz hesablanması üçün iki mənbə var: vergi və ya cari vergi ödəməsi.
Cari vergi ödəmələri gələcəkdə hesablanacaq vergi üçün avans şəklində edilən dövri ödənişlərdir. Vergi Məcəlləsinə əsasən, cari vergi ödəmələri mənfəət (gəlir) və əmlak vergiləri üçün hesablanaraq dövri olaraq ödənilir.
- Vergi ödəyicisi ödənişləri gecikdirdikdə faiz hesablanması həyata keçirilir. Məcəllədə qeyd edilir ki, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə faiz hesablanır.
Burada diqqətə alınmalıdır: Sadələşdirilmiş verginin ödənilmə müddəti hesabat rübündən sonrakı ayın 20-ə kimidir, ƏDV və əməkhaqqından gəlir vergisi isə hesabat ayından sonrakı ayın 20-ə kimi ödənilməlidir. Mənfəət (gəlir) vergisi üzrə cari vergi ödəmələrinin son müddəti hesabat dövründən sonrakı ayın 15-ə kimidir. İllik hesablanan mənfəət (gəlir) vergisi hesabat ilindən sonrakı ilin 31 mart tarixinədək ödənilməlidir. Vergi ödəyicisi qeyd edilən müddətə qədər vergiləri ödəmədiyi halda faiz hesablanması həyata keçirilir.
- Hesablanan faiz məbləği vergi ödəyicisinin və ya vergi agentinin ödənilməmiş vergi və ya cari vergi ödəməsinin 0,1 faizini təşkil edir.
- Ödənilməyən faiz və ya maliyyə sanksiyasına faiz hesablanmır. Yalnız ödənilməyən vergi və ya cari vergi ödəməsi olduğu halda AVİS proqramı tərəfindən faiz hesablanaraq şəxsi vərəqə qeyd edilir.
- Faiz 1 ildən çox olmayan müddətə hesablanır.
Misal: Vergi ödəyicisi 2020-cü ilin 3-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsini 5 oktyabr 2020-ci ildə təqdim etdiyindən həmin tarixə onun 320 manat borcu yaranır. Amma AVİS proqramı həmin vergi ödəyicisinə ötmüş günlərə görə faiz hesablamır: çünki 3-cü rüb üzrə sadələşdirilmiş verginin ödənilməsinin son tarixi 20 oktyabr 2020-ci il hesab edilir.
Mənbə: vergiler.az
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın