VAKANSİYA! BANKDA XƏZİNƏDAR işləmək istəyənlər üçün ELAN

VAKANSİYA! BANKDA XƏZİNƏDAR işləmək istəyənlər üçün ELAN

“Rabitabank”ASC “Müştəri Xidməti departamenti”nin “Xəzinə” şöbəsinə Xəzinədar vəzifəsinə işə qəbul elan edir.
 
Vəzifə öhdəlikləri:
 
• Mərkəzi Bankın və Maliyyə bazarlarına Nəzarət Palatasının qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılıması;
• Müştərilərə xəzinə xidmətinin göstərərək mədaxil-məxaric əməliyyatlarını bankdaxili sistemə daxil edilməsi;
• Pul anbarının açılması, bağlanması və qiymətlilərin idarə edilməsi; 
• Xəzinədə olan nağd pul vasitəsinin bandrollaşdırılması;
• Dövriyyəyə yararsız nağd pullarının dövriyyədən çıxarılması və dəyişdirilməsi üçün zəruri fəaliyyətlərin həyata keçirilməsi;
• Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə hesabatların hazırlanması. 
Namizədə qarşı tələblər:
 
• Ali və ya orta-ixtisas təhsili;
• Bankın aidiyyəti sahəsində azı 2 il iş təcrübəsi;
• AR Mərkəzi Bankının və AR MBNP-nın sahəsinə aid olan normativ hüquqi aktları bilməli;
• Azərbaycan dilini səlist bilməsi, rus dili arzuolunandır;
• Vətəndaş qüsursuzluğu statusuna malik olmalı.
 
Davranış şəriştələri:
 
• Komandada işləmək bacarığı;
• Stressə davamlılıq;
• Diqqətlilik, məsuliyyətlik və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
• Operativ qərar vermə qabiliyyəti.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. 
Məktubun mövzu hissəsində iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər