VAKANSİYA! Xidmət sahəsi üzrə BÖYÜK MÜHASİB işləmək istəyənlər üçün ELAN
Vəzifə: Böyük Mühasib (xidmət sahəsi üzrə)
İşə götürən : “SAMİRAMİS” firması
Şirkətə Böyük Mühasib (xidmət sahəsi üzrə) tələb olunur.
Vəzifələr:
- Mühasibat və vergi uçotunun aparılması;
- Mal-Material uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
- İşçilərlə hesablaşmaların təmin edilməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Aylıq maliyyə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə bütün hesabatların müvafiq proqramlarda hazırlanması və onlayn təqdim edilməsi;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
- Elektron hökumət portalında "Əmək və Əhalinin sosial müdafiə Nazirliyi" bölməsinə kadrlarla bağlı işə qəbul, xitam və digər əməliyyatların aparılması;
- Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material və s. sənədlərinin proqram təminatına daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;
Tələblər:
- 35-50 yaş aralığında olan namizədlər;
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Mühasibat uçotunun metodikası və texnikası
- Mühasibat hesablaşmaları
- Əmək və vergi məcəllələrini yüksək səviyyədə bilməli
- 1.C8.1 , 1.C8.2 və 1.C8.3 Proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- İş təcrübəsi: müvafiq vəzifədə 5 ildən yuxarı
- Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
- Məsuliyyətli, stressədavamlı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, saat 10.00 –dan 19.00-dək, 2 gün istirahət;
- Əmək haqqı 800 AZN
Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Böyük Mühasib” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
0 Komment
Şərh yazın