"ASAN XİDMƏT"dən sadələşdirilmiş vergi ödəyicilərinə TƏKLİF
"ASAN Xidmət" sadələşdirilmiş vergi ödəyicisi olan şəxslərə müraciət edib. Müraciətdə fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi üçün sənədlər siyahısı verilib:
- Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
- VÖEN;
- Asan imza;
- Rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri).
Qeyd edək ki, ASAN xidmətdə Fiziki şəxslər üzrə Sadələşdirilmiş rüblük (3 aylıq) və illik vergi bəyannamələrinin ödənişi-20 manat, Sadələşdirilmiş rüblük (3 aylıq) və illik ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin ödənişi -30 manat təşkil edir.
Qeyd: Bu xidmət yalnız 3 saylı Bakı “ASAN xidmət” mərkəzində həyat keçirilir.
0 Komment
Şərh yazın