KİÇİK SAHİBKARI BÖYÜYÜNDƏN NECƏ FƏRQLƏNDİRMƏLİ?
İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarları sonuncu dəfə 2009-cu ildə 18 dekabr tarixində dəyişdirilib.Belə ki, Nazirlər Kabinetinin 2004- cü il 20 aprel tarixli 57 nömrəli qərarına edilən dəyişiklik nəticəsində artıq aşağıdakı cədvəlin göstəriciləri əsasında kiçik sahibkarlıq subyektləri müəyyən olunacaq. Qeyd edək ki, sahibkarlıq subyektinin kiçik sahibkarlıq sektoruna aid edilməsi üçün hər iki göstərici bu sektor üçün müəyyənləşdirilmiş hədlər daxilində olmalıdır. Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün isə 1 il müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin say meyarı əsas götürülür. Bundan əlavə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin kiçik sahibkar kimi müəyyənləşdirilməsində illik dövriyyə meyarı əsas götürülür.
İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri
Sahibkarlıq kateqoriyası İşçilərin orta siyahı sayı (nəfər) İllik dövriyyə (ƏDV, aksiz daxil olmadan)
Sənaye və tikinti < 50 ≤ 500 min manat
Kənd təsərrüfatı < 25 ≤ 250 min manat
Topdansatış ticarət < 15 ≤ 1 mln. manat
Pərakəndəsatış ticarət,
nəqliyyat, xidmət və digər
iqtisadi fəaliyyət növləri < 10 ≤ 250 min manat
0 Komment
Şərh yazın