Fitchreytinq agentliyi ABB-in reytinqini aşağı saldı

Fitchreytinq agentliyi ABB-in reytinqini aşağı saldı

Fitch hesab edir ki, əgər yardım 2012-ci ilin 15 yanvarına kimi verilməsə, bankın kreditorlarla problemləri yaranacaq.

Fitch reytinq agentliyi Azərbaycanın Beynəlxlaq Bankının (ABB)  uzun müddətli və qısa müddətli, fərdi və dayaq reytinqlərini aşağı salıb.
Uzunmüddətli reytinq əvvəl “BBB-“ idisə,  indi “BB+”-dur.
ABB-nin reytinqlərinin endirilməsinə səbəb bankın rekapitalizasiyasının , yəni borclarının səhmlərinə nisbətinin qaydaya salınmasının ləngidilməsi, bankın  tənzimləmə qaydalarına riayət etməməsidir.
Fitch hesab edir ki, ABB-nin  vaxtlı-vaxtında kapital dayağı yoxdur, ona görə bankın reytinqi investisiya səviyyəsində qala bilməz.
Ancaq Fitch eyni zamanda gözləyir ki, Azərbaycan hakimiyyəti ABA-ya kömək edəcək. ABA-ya indi verilən “BB+” reytinqi məhz Azərbaycan hökumətinin kömək verəcəyinə olan ümidi əks etdirir. Bu olmasa, Fitch ABA-nın reytinqini yenidən aşağı salacaq. Fitchə məlumat verilib ki, 2011-ci ilin sonuna Azərbaycan Mərkəzi Bankı ABA-ya yardım edəcək. Ancaq bundan əvvəl bu yardımın bu ilin oktybarına veriləcəyi bildirilirdi.  Fitch hesab edir ki, əgər yardım 2012-ci ilin 15 yanvarına kimi verilməsə, bankın kreditorlarla problemləri yaranacaq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər