Mərkəzi Bankın rəhbəri dövlət büdcəsindən sosial ipoteka üçün ayrılan vəsaitin 4 dəfə artırılmasını istəyib
Milli Məclisdə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib ki, 2012-cini dövlət büdcəsində sosial ipotekaların verilməsi üçün nəzərdə tutulan məbləğ 4 dəfə artırılmalıdır: “Sosial ipotekalar üçün büdcədə nəzərdə tutulan məbləğ 80 milyon manatadək artırılmalıdır.
Buna ölkənin maliyyə vəziyyəti imkan verir. Bu ipotekaların verilməsi ölkənin tikinti sektorunun inkişafına və yeni iş yerlərinin açılmasına da şərait yaradır. 2012-ci ilin büdcəsində sosial ipotekaların verilməsi üçün nəzərdə tutulan 20 milyon manat yetərli deyil. Çünki bu vəsaiti 35 min manata bölməklə il ərzində yalnız 600 nəfərə sosial ipoteka vermək mümkün olur. Halbuki, hazırda sosial ipoteka ala biləcək gənclər kontingenti 100 min nəfər təşkil edir. Sosial ipoteka almaq üçün banklarda qeydiyyatdan keçənlərin tələbatını ödəmək üçün 80 milyon manatdır”.
0 Komment
Şərh yazın