
Peşəkar mühasib sertifikatı imtahanlarının elektron formasının təqdimatı keçirildi
Aprel ayının 27-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda imtahanın elektron versiyasının sınağı keçiriləcək
10 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində peşəkar mühasib sertifikatı imtahanlarının elektron formasının təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, peşəkar mühasib təşkilatlarının nümayəndələri və ekspertlər iştirak ediblər.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə artıq 5 ildir təşkil olunan imtahanlarda iştirakçıların statistik göstəriciləri, həyata keçirilən və gözlənilən yeniliklər, imtahanın elektron formatının hazırlanması və onun üstünlükləri barədə məlumat verib. Sədr qeyd edib ki, aprel ayının 27-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda imtahanın elektron versiyasının sınağı keçiriləcək. Sınaq imtahanına qeydiyyatla bağlı məlumat yaxın günlərdə saytımızda yerləşdiriləcək. M.Abbaszadə həmçinin bu gündən etibarən DİM-in saytında elektron imtahanının demo versiyasının da yerləşdirildiyini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva PMS imtahanlarının elektron formada keçirilməsinin imtahanın keyfiyyətinə müsbət təsir göstərəcəyini bildirib.
Ardınca Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev PMS imtahanları ilə bağlı işçi qrupun fəaliyyəti, elektron sınaq imtahanına qeydiyyat və s. məqamlar haqqında çıxış edib.
Dövlət İmtahan Mərkəzinin böyük məsləhətçisi Faiq Abdullayev imtahanın elektron forması üzərindən nümunə sualları cavablandıraraq proqramın texniki imkanlarını nümayiş etdirib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
İstifadəçilər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçərək elektron imtahanın demo versiyasında öz bilik və bacarıqlarını yoxlaya, eyni zamanda proqramın texniki imkanları ilə tanış ola bilərlər. Xatırladaq ki, proqram təminatının daha da təkmilləşdirilməsi üçün imtahanın sonunda iştirakçılar öz təkliflərini də yaza bilərlər.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın