
Maliyyə Nazirliyi açıqladı: 9 risk faktorunun təhlili və qiymətləndirilməsi yolu ilə 233 nəzarət obyekti seçilib
MKS Academy tərəfindən 5 aprel 2025-ci il (şənbə günü) tarixdə saat 10:00-də keçirləcək növbəti onlayn tematik təlim "Məzuniyyətin uçotu: A-dan Z-yə və ƏMAS altsistemində əmrlərin tərtibi" adlanır. 3 saat davam etməsi gözlənilən tematik təlimdə məzuniyyətin növləri, hüquqları və hesablanması qaydası ilə yanaşı bütün növ məzuniyyətlərin ƏMAS altsistemində tərtibi ilə bağlı məlumatlar veriləcək. Onlayn (ZOOM) formada keçiriləcək tematik təlimin qiyməti 40 manatdır. Video recording və sertifikat təqdim edilir. Təlimə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s.) hesabına qoşulmaq mümkündür. Qeydiyyat üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamaq lazımdır
Maliyyə Nazirliyində 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların və regional maliyyə müfəttişliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, ötən il Azərbaycan üçün uğurlu il olub, mühüm ictimai-siyasi hadisələrlə yadda qalıb. İclasda Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər, qarşıda duran vəzifələr və cari ildə aparılacaq nəzarət tədbirləri haqqında məruzə dinlənilib. Qeyd olunub ki, 2024-cü ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına, vətəndaş müraciətlərinə əsasən ümümilikdə 100 nəzarət obyektində aparılmış nəzarət tədbirləri ilə 19,7 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, bu vəsaitin 5,2 milyon manatı təqsirkar şəxslər tərəfindən bərpa edilib, qalan hissəsinin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq mühafizə orqanları tərəfindən tədbirlər görülür.
Bildirilib ki, Xidmətin cari il üçün iş planına daxil edilən nəzarət obyektlərinin seçilməsi dövlət büdcəsindən maliyyələşdirilən 233 nəzarət obyekti üzrə 9 risk faktorunun təhlili və qiymətləndirilməsi yolu ilə aparılıb və iş planı təsdiq edilib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın