ƏLA XƏBƏR! PMS sertifikatı ACCA-nın F7 və F6 səviyyəsində tanınacaq

ƏLA XƏBƏR! PMS sertifikatı ACCA-nın F7 və F6 səviyyəsində tanınacaq

Faiq Abdulla: “Növbəti 5 ildə PMS sertifikatı ilə bağlı imtahanda iştiraka ehtiyac qalmayacaq”

MKS Academy  15 mart 2025-ci il tarixdə (şənbə günü), saat 10:00-13:00-də onlayn, saat 14:00 – 17:00-da isə əyani formada “Fərqli iş rejimlərində əmək haqqının hesablanması və ƏMAS-da əks etdirilməsi” mövzusunda tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.

Dövlət İmtahan Mərkəzinin PMS imtahanları üzrə aparıcı məsləhətçisi Faiq Abdulla bildirib ki, ACCA rəsmiləri ilə müzakirələr nəticəsində yeni memorandumun imzalanması həyata keçiriləcək: “PMS sertifikatının F7 səviyyəsində və vergi qanunvericilinə aid olan ikinci mərhələnin F6 səviyyəsində tanınması ilə bağlı müzakirələr aparılır. Yaxınlarda bununla bağlı ACCA rəsmiləri ilə memorandumun imzalanması gözlənilir. PMS sertifikatı alan şəxs ACCA təşkilatına üzv olduqdan sonra həmin sertifikat müvafiq olaraq F7 və F6 səviyyəsində tanınacaq. Bu halda onun növbəti 5 ildə PMS sertifikatı imtahanında iştirakına ehtiyac qalmayacaq. Cünki ACCA-nın F7 və ya F6 səviyyəsində sertitikatları PMS imtahanının müvafiq mərhələri üzrə imtahandan azad edir. Bir məsələni qeyd edək ki, bu cür azadolmalar ixtisaslı mühasiblər, yəni maliyyə və ya iqtisadiyyat üzrə təhsili olan şəxslər üçün nəzərdə tutulur. Digər ixtisasa malik PMS sertifikatı olan şəxslər ACCA F3 modulunda imtahan verməli olacaqlar. F3 sertiikatını aldıqdan sonra növbəti illərdə azadolma üzrə güzəştə malik olacaqlar”.

Dövlət İmtahan Mərkəzinin PMS imtahanları üzrə aparıcı məsləhətçisi Faiq Abdulla qeyd edilən fikiləri "Facemark" və "Good Finance" şirkətlərinin təşkilatçılığı ilə 1 mart 2025-ci ildə Gülüstan sarayında keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi 2025" -nin “Peşəkar Mühasib Sertifikatı: Qızıl bilet, yoxsa məcburiyyət?”  panelində bildirib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər