
Dövlət İmtahan Mərkəzinin rəsmisi: “Növbəti PMS Sertifikatı imtahanı elektron formada olacaq”
Faiq Abdulla: “Yaxın zamanlarda ictimaiyyətə üçün geniş məlumat veriləcək”
MKS Academy 15 mart 2025-ci il tarixdə (şənbə günü), saat 10:00-13:00-də onlayn, saat 14:00 – 17:00-da isə əyani formada “Fərqli iş rejimlərində əmək haqqının hesablanması və ƏMAS-da əks etdirilməsi” mövzusunda tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.
Dövlət İmtahan Mərkəzinin PMS imtahanları üzrə aparıcı məsləhətçisi Faiq Abdulla bildirib ki, peşəkar mühasib sertifikatı (PMS) üzrə növbəti imtahanın elektron şəkildə keçirilməsi gözlənilir: “Ötən il PMS imtahanlarının elektron formada keçirilməsini təşkil etmək istəyirdik. Elektron imtahanın təxirə salınmasının səbəbi Nazirlər Kabinetinin 25 oktyabr 2018-ci il tarixli, 464 nömrəli qərarında bəzi müəssisələrin baş mühasiblərinin peşəkar mühasib olması tələbinin mövcudluğudur. PMS imtahanı verən şəxslərə eyni şəraitin yaradılması məqsədilə kağız formadan elektron formaya keçidi reallaşdırmadıq. PMS imtahanının elektron forması ilə bağlı proses hazırdır. Yaxın zamanlarda ictimaiyyətə üçün geniş məlumat veriləcək”.
Dövlət İmtahan Mərkəzinin PMS imtahanları üzrə aparıcı məsləhətçisi Faiq Abdulla qeyd edilən fikiləri "Facemark" və "Good Finance" şirkətlərinin təşkilatçılığı ilə 1 mart 2025-ci ildə Gülüstan sarayında keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi 2025" -nin “Peşəkar Mühasib Sertifikatı: Qızıl bilet, yoxsa məcburiyyət?” panelində bildirib.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın