Məleykə Abbaszadə peşəkar mühasib sertifikatı (PMS) imtahanları üzrə tarixlərin açıqlanacağı vaxtı bildirdi
Dövlət İmtahan Mərkəzinin sədri: "Bilirəm, hər birinizi 2025-ci ilin imtahan təqvimi maraqlandırır"
Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ilin yekunları ilə bağlı bildirib ki, il ərzində demək olar, hər həftə müxtəlif kontingentə aid şəxslər üçün imtahan keçirilir: “Dövlət İmtahan Mərkəzi tərəfindən demək olar ki, hər il yeni növ imtahanlar təşkil olunur və bizim ümumilikdə imtahanların sayı artıq əlliyə yaxınlaşır. İmtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən çoxdur. Bu il həmçinin Mərkəzin elektron imtahanlar korpusu istifadəyə verildi və biz kompüterlər vasitəsilə daha çox imtahan keçirməyə müvəffəq olduq”.
M.Abbaszadənin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən istifadə sayı da 12 milyon dəfədən çox olub: “Gələcək imtahan iştirakçılarına da yeni ildə zehin açıqlığı, uğurlar arzu edirəm. Bilirəm, hər birinizi 2025-ci ilin imtahan təqvimi maraqlandırır. Məlumat üçün bildirirəm ki, bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur”.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın