ƏLA XƏBƏR! Bakıda II dəfə “Vergi və Mühasibatlıq Zirvəsi” keçiriləcək

ƏLA XƏBƏR! Bakıda II dəfə “Vergi və Mühasibatlıq Zirvəsi” keçiriləcək

“Rəqəmlərin ritmi” ilə başlayan yol

2023-cü ildə ölkəmizdə ilk dəfə “Facemark” və “Good Finance” şirkətlərinin ortaq təşkilatçılığı ilə “Vergi və Mühasibatlıq Zirvəsi” (VMZ2023) keçirildi. Tədbirdə 600 nəfərə yaxın mühasib, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər iştirak etdilər. “Rəqəmlərin ritmi” sloqanı ilə keçirilmiş ilk “Vergi və Mühasibatlıq Zirvəsi” qarşısına qoyduğu məqsədlərə çatmış, təkcə mühasibatlıq və vergi ilə məhdudlaşmayan, həm də maliyyə, audit və idarəetmə kimi istiqamətlərin əhatə olunduğu, sahibkarlar, mühasiblər, maliyyəçilər və digər aidiyyəti şəxslər arasında təcrübə mübadiləsi, maariflənmə və şəbəkələşmənin ön plana çıxdığı bir tədbir olmuşdur. Eyni zamanda ilk “Vergi və Mühasibatlıq Zirvəsi”nin çıxışları, toxunulan mövzular üzrə hazırlanmış təkliflər ayrıca kitabça şəklinə salınaraq növbəti tədbirdə iştirakçılara təqdim ediləcəkdir.

Tədbir həmin ərəfədə və sonrakı müddətdə böyük əks-səda doğurmuş, aparıcı media strukturlarında işıqlandırılmış, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdur. “VMZ-2023”ün baş tutduğu 13 mart 2023-cü ildən indiyədək iştirakçılar, eləcə də zirvəni sosial media hesablarından izləyən şəxslərdən çoxlu müsbət rəylərlə yanışı təkliflər, bəzən isə iradlar daxil olmuşdur. Onlardan daxil olmuş fikirlər yeni zirvənin keçirilməsinə zəmin hazırlamış və maliyyə-mühasibat sektorunun növbəti tədbir üçün sosial sifarişi kimi qəbul olunmuşdur.

“Düzgün hesab” konsept mesajı ilə VMZ2024

Vergi ilə bağlı qanunlarının sürətli dəyişilməsi və tənzimləmələrin daha çox olması, şirkətlərin və mühasibat təşkilatlarının bu dəyişikliklərə sürətli və səmərəli şəkildə cavab vermələrini tələb edir. Vergi və mühasibat sahəsində dijital texnologiyaların və avtomatlaşdırmanın rolunda da artım müşahidə olunur. Hesabını düzgün aparanlar istənilən dəyişikliyə rəqiblərindən daha effektiv ayaq uydurmaq iqtidarında olacaqdır. Beləliklə, “Düzgün hesab” sloqanı ilə növbəti “Vergi və Mühasibatlıq Zirvəsi” (VMZ2024) 16 mart 2024-cü ilə təyin olunmuşdur. Niyə “Düzgün hesab”?! Biznesin inkişafı və risklərinin minimuma endirilməsi hərtərəfli ölçüb-biçməkdən, yəni düzgün hesab edə bilməkdən keçir. Biznesin daxilində “Düzgün hesab” edənlər isə mühasiblər və maliyyəçilərdir.

Builki tədbir də özündən əvvəlki kimi xeyli sayda tanınmış ekspert və mütəxəssislərin iştirakı və bir sıra aparıcı şirkətlərin dəstəyi ilə baş tutacaq. Zirvədə maliyyə planlaması, şirkət büdcəsi, vergi sahəsindəki yeniliklər, risk idarəetməsi, hesabatlılıq, daxili nəzarət, audit, biznesin inkişafında uçotun əhəmiyyəti və mühasibat sektorunda karyera imkanları kimi vacib mövzular əhətə olunacaq.

16 mart 2024-cü ildə “Baku Marriott Boulevard” hoteldə II dəfə Facemark və Good Finance şirkətlərinin təşkilatçılığı ilə “Vergi və Mühasibatlıq Zirvəsi”ndə “Düzgün hesab” etmək üçün toplanacağıq!

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak üçün zirvənin rəsmi veb səhifəsindən (www.vmz.az) və sosial media hesablarını ziyarət edə bilərsiniz.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - artıq satışda

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr)

3. A-dan Z-yə: Kargüzarlıq

4. Əmək Qanuvericiliyi Toplusu 2023

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - 22 yanvar 2024-cü il tarixdən satışda

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

8. Əmək Bələdçisi - 2024 - 25 yanvar 2024-cü il tarixdən satışda

9. Əmək Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

10.  Vergi Platforması - 2024 - 1 fevral 2024-cü il tarixdən satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  1 fevral 2024-cü il tarixdən satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - 1 mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - 1 aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər