TƏƏSSÜF! Hökumət Ödəniş Portalı (HÖP) fəalyyətini dayandıracağı tarixi açıqladı

TƏƏSSÜF! Hökumət Ödəniş Portalı (HÖP) fəalyyətini dayandıracağı tarixi açıqladı

Hökumət Ödəniş Portalı (HÖP) fəaliyyətini 10 yanvar 2024-cü il tarixdən dayandıracaq.  Həmin tarixdən etibarən istifadəçilər "https://gpp.az/" saytı və onun mobil tətbiqindən istifadə edə bilməyəcək. Qeyd edilən məsələ ilə bağlı istifadəçilərə aşağıdakı məzmunda bildiriş göndərilib:

"Hörmətli istifadəçi,

Bildiririk ki, ölkədə fəaliyyət göstərən bütün bankların, həmçinin bir çox bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həlləri Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edilmişdir. HÖP-ə inteqrasiya olunmuş bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanının olmasını nəzərə alaraq, 10.01.2024-cü il tarixindən HÖP-ün internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılacaqdır.

HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz.

Xahiş edirik, nəzərə alasınız.

Azərbaycan Respublikasının Mərkəzi Bankı"

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Xəbərlər