PMS sertifikatı olmayan baş mühasiblərə malik hansı vergi ödəyicilərinə inzibati cərimə tətbiq ediləcək?

PMS sertifikatı olmayan baş mühasiblərə malik hansı vergi ödəyicilərinə inzibati cərimə tətbiq ediləcək?

Peşəkar mühasib sertifikatı ilə bağlı vaxt məhdudiyyəti azaldıqca, həmkarlarımızdan daxil olan sualların sayı da artmağa başlayıb. Bu yazımızda 1 yanvar 2023-cü il tarixdən özəl sektorda fəaliyyət göstərən vergi ödəyicisinin peşəkar mühasib sertifikatı almayan baş mühasibi ilə bağlı hansı inzibati məsuliyyətə cəlb edilməsi haqqında məlumat verəciyik.

İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsinə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Maddədən göründüyü kimi, özəl sahibkarlıq subyektlər üzrə aşağıdakı vergi ödəyicilərinin baş mühasibləri peşəkar mühasib olmadığı halda inzibati məsuliyyətə cəlb ediləcək:

  • iri sahibkarlıq subyektləri;
  • ictimai əhəmiyyətli qurumlar;
  • illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslər.

İri sahibkarlıq subyektləri dedikdə, işçilərin sayı 251 və ondan yuxarı və ya illik gəliri 30 milyondan çox olan vergi ödəyiciləri nəzərdə tutulur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər