Dövlət İmtahan Mərkəzi: “PMS Sertifikatı proqramının əhatə etməli olduğu şəxslərin təxminən … 10 faizi uğur qazanıb”

Dövlət İmtahan Mərkəzi: “PMS Sertifikatı proqramının əhatə etməli olduğu şəxslərin təxminən … 10 faizi uğur qazanıb”

Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi Faiq Abdullayev PMS Sertifikatı əldə edilməsi üçün keçirilən imtahanlarda iştirak edən həmkarlarımızla bağlı statistikanı açıqlayıb: “İmtahanın I mərhələsi üzrə 4 303 sayda iştirakçı olsa da, bir şəxsin bir dəfə çox iştirak etməsini nəzərə alsaq, 3 119 nəfər imtahan prossesində iştirak edib. Həmin iştirak edənlərdən 1 703 nəfəri uğur qazanıb. Həmin şəxslərdən də 1 244 nəfər sertifikatı əldə etmək imkanına malik olublar. İctimai sektorda çalışanların həm I səviyyə həm də II səviyyə üzrə sertifikat almaq imkanları olmasını nəzərə alsaq 950 nəfərə yaxın şəxs sertifikat alıb. Proqramın 10 min nəfərə yaxın şəxsi əhatə etməsi planlaşdırılsa, indiyə qədər təxminən 10 faizə yaxın şəxs sertifikat əldə edib. PMS Sertifikatı üzrə II mərhələ üzrə imtahanlara gəlincə isə, 2 963 sayda iştirakçı olsa da, bu rəqəm 2 202 nəfəri ehtiva edir. Həmin şəxslərdən 1 517 nəfəri uğur qazansa da, 1 080 nəfər sertifikat əldə edib”.

Qeyd edək ki, imtahanla bağlı statistika Dövlət İmtahan Mərkəzinin “Peşəkar Mühasib Sertifikatı imtahanlarında istifadə olunan açıq tipli test tapşırıqlarının cavablandırılması metodologiyası” mövzusunda həyata keçiridiyi canlı yayım zamanı bildirilib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər