Diqqət! Dövlət İmtahan Mərkəzindən PMS imtahanları ilə bağlı canlı yayım

Diqqət! Dövlət İmtahan Mərkəzindən PMS imtahanları ilə bağlı canlı yayım

25 oktyabr 2023-cü il tarixində saat 20:00-da DİM-in “Youtube” kanalında “Peşəkar Mühasib Sertifikatı imtahanlarında istifadə olunan açıq tipli test tapşırıqlarının cavablandırılması metodologiyası” mövzusunda canlı yayım təşkil olunacaq.

Canlı yayımda Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi Faiq Abdullayev, İqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Firudin Sultanov, İqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Elsevər İbadov və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi, iqtisadçı-ekspert Rəşad Əhmədov iştirak edəcəklər.

Canlı yayım zamanı PMS haqqında qısa məlumat veriləcək, statistik məlumatlar təqdim olunacaq, ən çox verilən suallara aydınlıq gətiriləcək və gələcək təkmilləşdirmə istiqmətləri barədə məlumat veriləcək. Bundan əlavə, ekspertlər tərəfindən MHBS, KOS üçün MHBS, vergi qanunvericiliyi üzrə hüquqi şəxslərin mənfəət vergisi və ƏDV istiqaməti üzrə açıq tipli tapşırıqlar izah olunacaq və imtahan cavablarının necə yoxlanıldığına praktiki şəkildə aydınlıq gətiriləcək.
Sonda izləyicilər tərəfindən daxil olan suallar da cavablandırılacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər