Peşəkar maliyyə menecerindən icbari tibbi sığorta ilə bağlı TƏKLİF
"Tibbi sığorta haqqında" AR Qanunun 15-10.1.2-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində İcbari tibbi sığorta üzrə sığorta haqları hesablanmalıdır.
Peşəkar maliyyə meneceri Çingiz Qurbanov "Tibbi sığorta haqqında" AR Qanunun 15-10.1.2-ci maddəsi ilə bağlı təklif edir ki, könüllü tibbi siğortadan işçilər üzrə icbari tibbi Siğorta üçün sığorta haqqları ilə bağlı hesablamlar aradan qaldırılsın. Çingiz Qurbanovun fikrincə, "İşçi" həmin icbari sığorta il bağlı xidmətlərdən yararlanmadığı halda əmək haqqı üzrə 4% məbləğində tibbi sığorta yığıma yönləndirilir: "Qeyd edilənləri nəzərə alaraq, "Tibbi Siğorta haqqında" AR Qanunda könüllü tibbi siğortadan istifadə edən işçilərlə bağlı istisna ilə bağlı düzəliş həyata keçirilsin."
0 Komment
Şərh yazın