Dövlət Gömrük Komitəsi sədri: "... şirkətin nizamnamə kapitalı 10 manat deyilsə heç bir problem ola bilməz"

Dövlət Gömrük Komitəsi sədri: "... şirkətin nizamnamə kapitalı 10 manat deyilsə heç bir problem ola bilməz"

Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə lizinq müqavilələri əsasında gətirilən avadanlıq və malların ƏDV-yə cəlb edilməsi ilə bağlı bəzi yerli şirkətlər tərəfindən səsləndirilən ittihamlara cavab verib. Komitənin sədri Səfər Mehdiyev FED.az-ın bu barədə sualına cavab olaraq bildirib ki, lizinq əməliyyatlarında 3 tərəfli kontraktın olması şərtdir.
Səfər Mehdiyev bildirib ki, lizinq əməliyyatlarında 3 tərəfli kontraktın olması şərtdir və bu məsələ ilə bağlı tələblər Mülki Məcəllədə öz əksini tapıb: «3 tərəfli kontrak olmadan hər kəs kontraktını bağlarkən ofşor vasitəsi ilə ödəniş həyata keçirər lizinq kontraktı kimi təqdim edə bilər. Və hamı gömrük vergisindən yayına bilər».

Komitə sədri deyib ki, təsdiq edici sənədlər verilərsə, 3 tərəfli kontrakt varsa və lizinq müqaviləsi ilə məşğul olan şirkətin nizamnamə kapitalı 10 manat deyilsə heç bir problem ola bilməz. Başqa sözlə, S.Mehdiyevin sözlərinə görə, lizinq əməliyyatı aparan şirkətin nizamnamə kapitalı da müəyyən tələblərə cavab verməlidir: «Lizinq əməliyyatı edən şirkətin, lizinqin həcmi qədər və ya ondan 10 dəfə artıq nizamnamə kapitalı olmalıdır ki, həmin şirkət dövlət qarşısında bu riskləri qarşılamalıdır. Biz bunları araşdırırıq və bunlar yoxdursa bu hallara göz yuma bilmərik» – deyə Səfər Mehdiyev bildirib.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər