
ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilən əməliyyatlara görə ƏDV hesablanmır?
Vergilər Nazirliyinin məlumatı
Vergilər Nazirliyinin məlumatına görə, ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilən işlərin görülməsinin, xidmətlərin göstərilməsinin siyahısı Vergi Məcəlləsinin 165-ci maddəsində verilmişdir, yəni Vergi Məcəlləsinin bu maddəsində qeyd olunan işləri görən, xidmətləri göstərən şəxslər tərəfindən həmin işlərə və xidmətlərə görə ƏDV-ni sıfır (0) faiz dərəcəsi ilə hesablayaraq vergi hesab fakturasında da verginin dərəcəsini “0” kimi göstərirlər.
Bu isə o deməkdir ki, həmin işləri görən, xidmətləri göstərən şəxslər tərəfindən bu işlərə və xidmətlərə görə ƏDV-ni hesablanmır və dövlət büdcəsinə ödənilmir.
0 Komment
Şərh yazın