Azərbaycanın ipoteka bazarı 547 milyon dolları ötüb
2012-ci ilin yanvar-noyabr aylarında Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 85,42 milyon manat dəyərində (108 milyon dollardan çox) kredit verilib. Trend-in məlumatına görə, bu barədə AİF-in statistik hesabatında deyilir.
Hesabat dövründə banklar tərəfindən əvvəllər verilən kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 60,44 milyon manat təşkil edib.
İlin 11 ayı ərzində AİF 23 milyon manat məbləğində istiqrazlar yerləşdirib.
Qeyd edək ki, Fond yaradılandan indiyədək - 2006-cı ildən 2012-ci ilin noyabr ayınadək ümumilikdə 430 milyon mantdan çox ipoteka krediti verilib.
0 Komment
Şərh yazın