“ParaBank”ın xanım şöbə müdirindən maraqlı maxinasiya halı
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış, araşdırmalarla müəyyən edilib ki, “Parabank” ASC-nin Plastik kartlarla iş şöbəsinin müdiri Həsənova Könül Fərhad qızı həmin vəzifədə işləyərkən 2010-2012-ci illərdə bankda öz adına 2 hesab açdırmaqla balansına 500-1500 manat məbləğlərində vəsait mədaxil edib həmin pul vəsaitlərini mütəmadi olaraq götürüb. Hər işgününün sonunda pul vəsaitlərinin bankdan çıxarılması barədə “Azəricard” MMC tərəfindən informasiya “Parabank”a ötürülərkən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünün nəzarət sahəsinə aid olduğundan pulun öz hesabından silinməsinin qarşısını alıb. Bununla da K.Həsənova qeyd edilən dövr ərzində öz hesabından deyil, bankın müvafiq hesablarından cəmi 313 min 588 manat məbləğində pul vəsaitini qanunsuz yolla ələ keçirərək bankın qanunla qorunan mənafeyinə mühüm zərər vurub.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
0 Komment
Şərh yazın