İbtidai sinif müəllimi işləmək istəyənlər üçün yeni qaydalar təklif olunub

İbtidai sinif müəllimi işləmək istəyənlər üçün yeni qaydalar təklif olunub

Təhsil Problemləri İnstitutu Təhsil Nazirliyinə orta məktəblərin ibtidai siniflərində bütün dərslərin bir müəllim tərəfindən keçilməsini və bununla əlaqədar ibtidai sinif müəllimi işləmək istəyənlər üçün işə qəbul qaydalarının dəyişdirilməsini təklif edib.
Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov cümə günü Trend-ə bildirib ki, nazirliyin sifarişi ilə Azərbaycanda ibtidai siniflərdə dərslərin neçə müəllim tərəfindən keçilməsinin effektivliyi araşdırılıb. Bu tədqiqatlar nəticəsində belə qənaətə gəlinib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ibtidai siniflərdə tədris olunan fənlər bir müəllim tərəfindən keçilməlidir. Bununla əlaqədar TPİ ibtidai sinif müəllimi işləmək istəyənlərin işə qəbulu zamanı namizədlərin xarici dil, informatika, musiqini bilmə səviyyəsinin də yoxlanılmasını təklif edib.
"Əgər müəllimin musiqi, informatika, xarici dili bilmə səviyyəsi tələbləri ödəmirsə, onda o namizəd ibtidai sinif müəllimi kimi işə qəbul edilməsin. Bu siniflərdə həmin fənləri dərin bilmək tələb olunmur. Amma müəllimin informatika, xarici dil, musiqi üzrə ümumu hazırlığı olmalıdır", - Mehrabov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə müəllim hazırlığı həyata keçirilərkən kurrikulumun tələbləri nəzərə alınır. Ancaq bu ixtisas üzrə əvvəllər təhsil alan müəllimlər öz üzərlərində işləyərək ixtisasartırma kurslarına getməlidirlər.
Qeyd edək ki, hazırda müəllimlərin işə qəbulu üçün keçirilən imtahanda hər bir namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, təlim strategiyaları və məktəbdaxili qiymətləndirmə qaydalarına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. Adətən müsabiqədə iştirak edənlərin çoxu sənədlərini ibtidai sinif müəllimi ixtisası üzrə verir. Yalnız 2012-2013-cü tədris ilində müsabiqəyə buraxılan 15467 nəfərin 3764 nəfəri ibtidai sinif müəllimi işləmək istəyib.
 

1 Komment

  1. Agayeva Zeyneb 27 Noyabr 2021

    Salam xahis edirem meni işle temin edesiniz hara gedirem deyilrerl is yoxdu vakansiya ne vaxt olar onda xeber ederik bes biz nece dolanaq he neceee menim mektubma cavab verin ve tez bir zamanda lenkaran weherin hansi mektebinde olur olsun is istyitem kitabxanda olsa bele raziyam cunki ehiycacim var

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər