Yeni gömrük rüsumları müəyyənləşdi

Yeni gömrük rüsumları müəyyənləşdi

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” fərmana dəyişiklik edilib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman verib. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dəyişiklik xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri ilə bağlıdır.

Dəyişikliyə əsasən gömrük brokeri, gömrük daşıyıcısı fəaliyyəti və gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə görə 11 min manat dövlət rüsumu ödənilməlidir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər