Azərbaycanın sığorta şirkətləri ödəmə qabiliyyətinin Avropa tələblərini öyrənir

Azərbaycanın sığorta şirkətləri ödəmə qabiliyyətinin Avropa tələblərini öyrənir

Azərbaycanın sığorta şirkətləri "Solvency II" ödəmə qabiliyyətinin Avropa tələblərini öyrənirlər.
Cümə axşamı Bakıda Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti və Avropa Komissiyasının dəstəyi ilə "Ödəmə qabiliyyəti 2 (Solvency II) - aktuarilik və mühasibatlıq tələbləri" adlı seminar keçirilir.

Dövlət Xidmətinin rəhbəri Namiq Xəlilovun sözlərinə görə, Azərbaycan sığorta edənləri artıq indi gələcəkdə bu standartlara keçid üçün "Solvency II" təlimatının şərtlərini öyrənməlidir.
"Gələcəkdə biz bu tələblərə keçid üzrə işə başlayacağıq", - Xəlilov deyib.
Seminar xarici mütəxəssislərlə keçiriləcək və öz işini noyabrın 30-da başa vuracaq.
Yeni qaydalar 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək və Avropanın 30 ölkəsində qüvvədə olacaq. "Solvency II" üç əsas komponentə əsaslanır: miqdar tələbləri (məsələn, kapitalın ölçüsünə tələblər), risklərin idarə ediməsi sisteminə və müşahidə orqanları tərəfindən keyfiyyətli nizamlanmaya tələblər, həmçinin hesabatlılığa və informasiyanın açılmasına tələblər.
Avropa sığorta bazarı, xüsusilə CEA (Sığorta edənlərin Avropa Komitəsi) və İcraçı risk-menecerlər Forumu (CRO) 2012-ci ilin sonunda tam tətbiq ediləcək yeni şərtləri dəstəkləyir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər