Bakı Metropolitenində yeni tipli vaqonlar sınaqdan keçiriləcək

Bakı Metropolitenində yeni tipli vaqonlar sınaqdan keçiriləcək

Bakı Metropoliteni vaqon parkının yenilənməsi istiqamətində dünyanın aparıcı şirkətlərinin məhsulları arasında seçim aparır və operatorun seçilməsi ilə bağlı işlər həyata keçirir.

«APA-Economics»in Bakı Metropoliteninin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, hazırda inşa olunan yeni xətlər yalnız müasir standartlı vaqonlarla təchiz olunacaq. Hazırda Rusiyanın «Transmaşholdinq»in yeni vaqonlarının Bakıda sınanmasına başlanacağı gözlənilir. Bu məqsədlə rusiyalı vaqon istehsalçıları ilk əvvəl Bakıya sınaq məqsədilə 5 yeni vaqon təqdim edəcək. Yaxın günlərdə «Transmaşholdinq»in istehsalı olan və «Oka» adı ilə də tanınan yeni tipli 81-760/761 vaqonları Bakıya çatdırılacaq.

«Sınaq üçün göndərilən vaqonlar qəhvəyi, qapıları isə qırmızı rəngdə olacaq. Bu, vaqonların estetik görkəmdə olmasını, amma bununla belə tunel şəraitində istismar ediləcəyini nəzərə alsaq, hələlik optimal variantdır», - deyə Metropolitendən bildirilib.
 
Qeyd edək ki, bu vaqonların istismarı ilə bağlı bir qrup mütəxəssis – maşinist və maşinist-təlimatçı təcrübə mübadiləsi üçün Moskvaya ezam olunub. Dekabrın ilk günlərində onlar səfərdən qayıdacaq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər