Vergilər Nazirliyi neçə nəfəri beynəlxalq axtarışa verib?
Azərbaycan Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin fəaliyyətdə olduğu dövr ərzində dövlət büdcəsinə 108 milyon manat köçürülüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Departamentin rəhbəri Vidadi Məmmədov "Açıq qapılar günü" tədbiri zamanı deyib.
"2011-ci ildə dövlət büdcəsinə 41,8 milyon manatın ödənilməsi təmin edilib, noyabrın 22-nə olan məlumata görə isə departament vasitəsilə ödənişlər 10 milyon manat olub" , - Məmmədov qeyd edib.
Onun sözlərinə görə, departamentin əsas məqsədi vergidən yayınan şəxsləri cinayət məsuliyyətinə cəlb etmək deyil, bu məsələni məlumatlandırma və xəbərdarlıq yolu ilə nizama salmaqdır. Məmmədov bildirib ki, burda KİV vasitəsilə maarifləndirmə və təbliğat üzrə işə böyük rol verilir.
"Vergidən yayınan şəxslərin çoxu ölkədən kənarda gizlənir, xüsusilə 29 nəfər beynəlxalq axtarışdadır. Respublikadan kənarda qanunu pozanların məsuliyyətə cəlb edilməsi ilə bağlı problem yoxdur, çünki departament hüquq-mühafizə və digər dövlət strukturları ilə sıx əməkdaşlıq edir", - departament rəhbəri deyib.
0 Komment
Şərh yazın