Nazirlər Kabineti kimlər üçün maliyyə hesabatı formasını təsdiq etdi?

Nazirlər Kabineti kimlər üçün maliyyə hesabatı formasını təsdiq etdi?

Qaydaya əsasən,  hesabat formaları növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir

Nazirlər Kabineti "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası"nı təsdiqləyib.
 
 APA-nın məlumatına görə, siyasi partiyalar maliyyə hesabatlarını "Mühasibat uçotu haqqında" qanuna uyğun tərtib etməlidirlər.

Siyasi partiyaların maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata bunları əks etdirən maddələr daxil edilir: gəlirlər, üzvlük haqları, əmlakdan götürülən gəlir, tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir, ianələr şəklində gəlir, seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait, aşağı təşkilatların ödəncləri, dövlət büdcəsindən ayrılan vəsait, borcun və ya kreditin alınmasından əldə edilmiş məbləğ, hüquq varisliyi və ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak və s.
 
Qaydaya əsasən, maliyyə hesabatlarının tərkib hissəsi olan əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərə bu məlumatlar daxil edilməlidir: siyasi partiyaların maliyyə hesabatlarının tərtibi ilə bağlı əhəmiyyətli uçot siyasətlərinin açıqlanmasını təmin edən məlumatlar; maliyyə vəziyyəti haqqında hesabatda göstərilən bütün maddələrin açıqlanmasını təmin edən məlumatlar; maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda göstərilən bütün maddələrin (o cümlədən, üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı və ianəni vermiş şəxslər barədə məlumatlar) açıqlanmasını təmin edən məlumatlar. İanə vermiş şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və ianənin məbləği əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərdə əks olunmalıdır. .
 
Siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirirlər.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər