BP-nin əməkdaşları həbs ediləcək

BP-nin əməkdaşları həbs ediləcək

ABŞ Ədliyyə Nazirliyi iki il əvvəl Meksika körfəzindəki “Hrizon Disaster” neft platformasında baş verən partlayışda BP şirkətini günahkar sayıb.

Lent.az-ın “mignes.com” saytına istinadən verdiyi məlumata görə, BP-nin rəhbərliyində təmsil olunan 4 top-menecer də həbs olunacaq. Top-menecerlərin həbsxanada neçə il keçirəcəkləri hələ açıqlanmayıb. Eyni zamanda BP 5 milyard dollar cərimə də ödəməlidir. Bu, məhkəmə qərarı ilə ABŞ-a ödənilən rekord cərimədir. Şirkət 2010-cu ildəki hadisə zamanı Meksika körfəzinin çirklənməsinə görə əlavə olaraq 850 milyon dollar da ödəməlidir. BP artıq milyardlarla cəriməni ödəmək üçün səhmlərini satmağa başlayıb. Şirkətin sonuna qədər cərimələri ödəyəcəyinə ümid edir.

Qeyd edək ki, BP Azərbaycanda da neft layihələrində iştirak edir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər