Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin oktyabr ayında dövlət büdcəsinə 126,056 mln. manat həcmində vəsait ödəyib. Ümumilikdə, 2012-ci ilin yanvar-oktyabr aylarında büdcəyə 1 159,905 mln. manat ödənilib ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur.

Bundan əlavə, cari ilin oktyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12,880 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin oktyabr ayına nisbətən 10,6% çoxdur.
 
Ümumiyyətlə, 2012-ci ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 131,577 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8% çoxdur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər