BVF Vergilər Nazirliyi ilə görüşdə yeni "sənaye parkı" və elektron audit layihəsinin tətbiqi ilə maraqlanıb

BVF Vergilər Nazirliyi ilə görüşdə yeni "sənaye parkı" və elektron audit layihəsinin tətbiqi ilə maraqlanıb

Noyabr ayının 14-də Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə yeni təyin olunmuş missiya rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov son dövrlərdə ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar, BVF ilə yaradılmış işgüzar əlaqələr barədə qonaqlara məlumat vermişdir. Qeyd olunmuşdur ki,   Azərbaycanda dayanıqlı, çevik, şəffaf və sabit bir vergi sisteminin qurulması, vergi qanunvericiliyinin və inzibatçılığının daim təkmilləşdirilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə, vergi daxilolmalarının həcminin nəzərəçarpacaq dərəcədə artmasına zəmin yaratmışdır.

Cənab Raca Almarzoqi Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmişdir.

Görüşdə Vergi Məcəlləsində aparılması nəzərdə tutulan dəyişikliklər, orta və iri sahibkarlığın stimullaşdırılması tədbirləri, cari ildə vergi daxilolmaları üzrə proqnozların icrası, qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması istiqamətində görülən tədbirlər, elektron audit layihəsinin tətbiqi, yeni “sənaye parkı” haqqında fikir mübadiləsi aparılmışdır.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər