Azərbaycanda şəxs barəsində həbs seçildikdə ondan şəxsiyyətini təsdiq edən sənədlər alınacaq
Şəxs barəsində həbs qətimkan tədbiri seçildikdə ondan şəxsiyyətini təsdiq edən pasport və digər sənəd götürüləcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, parlamentə Cinayət-Prosessual Məcəlləyə bununla bağlı dəyişiklik edilməsi haqqında qanun layihəsi daxil olub.
Layihədə qeyd olunur ki, təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur.
Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda cinayət işi üzrə materiallara həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.
0 Komment
Şərh yazın