250 və 1000 manatlıq əskinaslar olmayacaq
Bu il ipoteka kreditləri üçün büdcədə nəzərdə tutulan vəsait 2 dəfə artırılıb, 40 milyon manata çatdırılıb.
Dövriyyəyə 200, 500 manatlıq əskinaslar buraxıla bilər, 250 və 1000 manatlıq əskinaslar isə buraxılmayacaq.
Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev söyləyib.
Alim Quliyev deyib ki, Mərkəzi Bankın əsas məqsədi nağd pul dövriyyəsinin səviyyəsini inkişaf etmiş ölkələrdəki kimi aşağı salmaq, ən azı Baltik ölkələrdəki səviyyəyə çatdırmaqdır. O, ipoteka kreditlərinin artırılması ilə bağlı Mərkəzi Bankın təklifindən də danışıb: “Bunu Mərkəzi Bank istəmir, bütün cəmiyyət ipoteka kreditlərinin artırılmasını istəyir. Bu il ipoteka kreditləri üçün büdcədə nəzərdə tutulan vəsait 2 dəfə artırılıb, 40 milyon manata çatdırılıb. Bundan bir çox insan faydalanacaq”.
0 Komment
Şərh yazın