Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti və cəriməsi haqqında məlumat

Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti və cəriməsi haqqında məlumat

Hüquqi və fiziki şəxslərə məxsus (Azərbaycan Respublikası Silahlı Quvvələrindən və digər birləşmələrdən başqa), respublika ərazisində daimi və müvəqqəti qeydiyyatda olan,  mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına (yarımqoşqularına) ildə bir dəfə yanvar ayının 1-dən oktyabr ayının 31-dək olan müddətdə nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış keçirilir;

  • “VAZ” markalı avtomobillər üçün : 01 yanvardan 01 maya qədər;
  • “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 maydan  01 iyula qədər;
  • Yük avtomobilləri və avtobuslar üçün: 01  iyuldan 01 sentyabra qədər;
  • Xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) istehsal edilmiş minik avtomobilləri üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 154.1. maddəsinə müvafiq olaraq nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur) nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə -  fiziki şəxslər otuz manat miqdarda, vəzifəli şəxslər qırx manatdan yetmiş manatadək miqdarda cərimə edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər