Mərkəzi Bank "Beynəlxalq Əmanət günü" keçirməkdə məqsədini açıqladı

Mərkəzi Bank "Beynəlxalq Əmanət günü" keçirməkdə məqsədini açıqladı

Sloqan: “Toplayaraq böyü”

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü ilə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF), Əmanətlərin Sığortalanması Fondu və bir sıra kommersiya bankları (Access Bank, UniBank, Beynəlxalq Bank, Dəmir Bank və Bank Respublika) “Maliyyə savadlılığı” layihəsi çərçivəsində ilk dəfə olaraq 31 oktyabr 2012-ci il tarixində “Beynəlxalq Əmanət Günü” keçirəcəklər.

8 noyabr 2012-ci il tarixinədək nəzərdə tutulmuş tədbirlərin Azərbaycanda keçirilməsinin məqsədi milli bank sektoruna inamın güclənməsi və əhalinin maliyyə savadlılığının artırılmasına xidmət edir. Əmanət yığımları üçün qənaət mədəniyyətinin aşılanması kiçik yaşlardan başlanıldığı üçün bu tədbir əsasən məktəb şagirdlərinə yönəlmişdir.

Tədbir çərçivəsində bank filiallarında, məktəblərdə uşaqlar üçün müxtəlif yarışlar, müsabiqələr keçirələcək, maarifləndirici promo materiallar paylanacaq, iştirakçı bankların ATM-lərində videoçarxlar yayımlanacaqdır.

Azərbaycan Respublikasının “Beynəlxalq Əmanət Günü”nün simvolik rəmzi əlində qəpiklə dolu küpə tutan dələ, sloqanı isə “Toplayaraq böyü” devizi seçilmişdir.

Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunmuşdur.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər