TQDK qəbul imtahanında xarici dil proqramlarını qəbul etdi

TQDK qəbul imtahanında xarici dil proqramlarını qəbul etdi

Oktyabrın 29-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) alman, fransız və ingilis dilləri üzrə elmi-metodik seminarlar keçirilib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, birinci seminarda 2013/2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının alman dili və fransız dili proqramları müzakirə olunub.
İclas müxtəlif orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlərinin iştirakı ilə keçib, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müəllimlər də videobağlantı vasitəsilə bu müzakirədə iştirak edərək öz fikirlərini bildiriblər. Seminar iclasında proqramların daha da təkmilləşdirilməsi istiqamətində müxtəlif fikirlər səslənib. Səslənən fikirlər müzakirə edilib və bir neçəsi proqramlarda nəzərə alınıb. Sonra müzakirə olunan proqramlar seminar iştirakçıları tərəfindən qəbul edilib.

Müxtəlif orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlərinin iştirakı ilə keçən növbəti seminar iclasında 2013/2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının ingilis dili proqramının müzakirəsi davam etdirilib. TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müəllimlər də videobağlantı vasitəsilə bu müzakirədə iştirak edərək öz fikirlərini bildiriblər. Seminar iclasında Bakı Avropa liseyinin müəllimi M.Əhədova, Lənkəran rayonu 8 saylı şəhər orta məktəbinin müəllimi V.Əliyeva və başqaları çıxış edərək proqram və test tapşırıqları barədə fikirlərini söyləyiblər. Sonra müzakirə olunan proqram seminar iştirakçıları tərəfindən qəbul edilib.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər