2012-ci ilin 9 ayında qəzada ölənlərin sayı açıqlandı: 838 nəfər
Azərbaycanda bu ilin 9 ayında yol polisi əməkdaşları tərəfindən 727 min 14 yol hərəkəti qayda (YHQ) pozuntusu aşkar edilib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 14099, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 73893, ötmə qaydalarının pozulması üzrə 17752, yolayrıcların keçilməsi qaydalarının pozulması üzrə 24762, sərnişindaşıma qaydalarının pozulması üzrə 4182 fakt aşkar edilib.
YHQ pozuntusuna görə 1518 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələrinin 86,1%-i (1830) sürücülərin qayda pozmaları, o cümlədən 27,7%-i (590) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 26,4%-i (561) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,8%-i (188) yolayrıcıları keçmə qaydalarının pozulması, 3%-i (64) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Qəzaların 34,3%-ni (729) piyadaların vurulması təşkil edib, nəticədə 268 piyada həlak olub, 515-i yaralanıb.
209 yol qəzası piyadaların YHQ pozmaları nəticəsində baş verib.
Respublika üzrə qeydə alınmış yol qəzaları nəticəsində 58 nəfər uşaq və yeniyetmə həlak olub, 176 nəfər yaralanıb.
Ümumiyyətlə, qeydə alınmış qəzalar nəticəsində həlak olmuş 838 nəfərdən 675-ni kişilər, 163-nü qadınlar, xəsarət almış 2280 nəfərdən isə 1745-ni kişilər, 535-ni qadınlar təşkil edib.
2012-ci ilin 9 ayı ərzində respublika ərazisində 13 nəfərin ölümü və 56 nəfərin yaranlanması ilə nəticələnmiş 67 yol nəqliyyat hadisəsi bağlı qalıb.
0 Komment
Şərh yazın