Azərbaycan daxili ərazi sularında üzən gəmilərə qarşı tələbləri sərtləşdirib
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə dövlət reyestrində qeydiyyatdan keçmiş gəmilər üçün lazım olan sənədlərin siyahısına daha dörd sənəd daxil edilib.
Trend-in məlumatına görə, "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na dəyişiklik Nazirlər Kabinetinin 22 oktyabr tarixli qərarı ilə edilib.
Dəyişikliklərə əsasən, reyestrə daxil edilmiş gəmilər, həmçinin bu sənədlərə malik olmalıdırlar: gəminin "Gəmi və Liman vasitələrinin Mühafizəsi haqqında beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə; gəminin "Əmniyyətli İdarəetmə haqqında beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə; gəmi tarixinin fasiləsiz qeydlər sənədi və bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat.
0 Komment
Şərh yazın