Milli Məclisdən maraqlı qərar
Parlamentin komitə sədrlərinin "Nissan"lı günləri başa çatdı və ....
Milli Məclis (MM) parlamentin komitə sədrləri üçün yeni avtomobillər alıb. APA-nın məlumatına görə, komitə sədrlərinin yeni xidməti avtomobilləri “Mercedes E-Class” markalıdır. Avtomobillər artıq komitə sədrlərinə paylanılıb.
Onların əvvəlki xidməti avtomobilləri “Nissan Maxima” olub. Həmin avtomobillər 7 il əvvəl alınıb və artıq istifadə müddəti başa çatıb.
MM-in mətbuat xidməti APA-ya məlumatı təsdiqləyib.
Qeyd edək ki, parlamentin komitə sədrləri aşağıdakılardır: Əli Hüseynli (Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri), Ziyafət Əsgərov (Təhlükəsizlik və müdafiə komitəsinin sədri), Ziyad Səmədzadə (İqtisadi siyasət komitəsinin sədri), Valeh Ələsgərov (Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri), Eldar İbrahimov (Aqrar siyasət komitəsinin sədri), Hadı Rəcəbli (Sosial siyasət komitəsinin sədri), Arif Rəhimzadə (Regional məsələlər komitəsinin sədri), Şəmsəddin Hacıyev (Elm və təhsil komitəsinin sədri), Nizami Cəfərov (Mədəniyyət komitəsinin sədri), Səməd Seyidov (Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri), Rəbiyyət Aslanova (İnsan hüquqları komitəsinin sədri).
“Mercedes E-Class” markalı avtomobillərinin qiyməti 70-100 min ABŞ dolları arasındadır.
0 Komment
Şərh yazın