Azərbaycanda gömrük brokerlərinin dövlət reyestrinin aparılması qaydaları təsdiqlənib

Azərbaycanda gömrük brokerlərinin dövlət reyestrinin aparılması qaydaları təsdiqlənib

Azərbaycan Nazirlər Kabineti "Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qaydalara əsasən, Azərbaycan qanunvericiliyinə uyğun olaraq gömrük brokeri fəaliyyəti üçün lisenziya almış hüquqi şəxslər gömrük brokerlərinin dövlət reyestrinə daxil edilirlər. Gömrük brokerinə verilmiş lisenziyanın müddəti bitdikdə, lisenziyanın fəaliyyəti dayandırıldıqda və ya lisenziya ləğv edildikdə gömrük brokeri dövlət reyestrindən çıxarılır.

Nazirlər Kabineti, həmçinin, "Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi üçün mallar aşağıdakı şərtlərə cavab verməlidir: Azərbaycan ərazisindən ixrac olunan daxili mallar olmalıdır, mallar ixrac edildiyi andan 3 (üç) il müddətində gömrük ərazisinə qaytarılmalıdır və s.
Azərbaycanın hüdudlarından kənarda mallardan istifadə edilməsi həmin malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə mane ola bilməz.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər